Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut (Ağoğlan) qəsəbəsini işğaldan azad etdikdən sonra əsgərlər yaşayış məntəqəsinə daxil olarkən bir əsgərin “Sən Allah o Mercedesə bax, ikiqapılı, xəyalım olub mənim” deyən hərbçimizin arzusu reallaşıb.
İş adamı Fərid Novruzi əsgər qayıtdıqdan sonra ona “Mercedes” hədiyyə edəcəyini açıqlayıb:
“Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salamat evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028 də Xocavəndin avtomobil seriyasıdır”.