Binəqədi Rayon İcra Hakimiyyəti növbəti dəfə birinci oldu

0
50
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2019-2020-ci il qiymətləndirmə nəticələrinə dair onlayn təqdimat keçirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanına əsasən 2020-ci ildə də davam etdirilib.
Bineqedi.info saytı xəbər verir ki, təqdimatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiylar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak etdi.
Bildirilib ki, 2019-2020-ci illər ərzində Dövlət Agentliyi tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 270 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 229 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 55 xidməti daxil olmaqla, ümumilikdə 554 xidmət qiymətləndirilib.
Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
“ASAN xidmət indeksi” üzrə 2019-2020-ci il qiymətləndirmə nəticələrinə əsasən yerli icra hakimiyyəti orqanları sırasında ilk sıranı Binəqədi Rayon İcra Hakimiyyəti, ikinci yeri Pirallahı Rayon İcra Hakimiyyəti, üçüncü yeri isə Suraxanı Rayon İcra Hakimiyyəti tutdu.
Mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti, hüquqi şəxslər üzrə isə “Azərsu” Səhmdar Cəmiyyəti göstərdi.
Təqdimat sual – cavab hissəsi ilə davam etdirildi.
Bineqedi
Əvvəlki məqaləMövsümi qrip əleyhinə peyvənd poliklinikalarda pulsuzdur
Növbəti məqalədəİlham Əliyev daha 16 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi – İkisi Xocalının kəndidir