1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xidməti ərazidə – yaşayış binalarının həyətində sıradan çıxmış elektrik lampaları yeniləri ilə əvəz olunur.
Bineqedi.info xəbər verir ki, bundan başqa sıradan çıxmış işıq dirəklərinə texniki qulluq göstərilir, yaranmış problemlər aradan qaldırılır. Növbəti belə işlər Binəqədi rayonu, Azadlıq prospekti 180/20, 172/16, 182/22 və H. Hüseynov küçəsi 15a, 11a saylı ünvanlarda həyata keçirilib. Fotoları təqdim edirik.