Binəqədi Rayon İcra Hakimiyyətində daha bir vəzifəyə təyinat olub.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının əmri ilə Məmmədov Elnur Məmməd oğlu Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin Müdir müavini vəzifəsinə təyin edilib.
Elnur Məmmədov II dərəcəli dövlət qulluqçusudur.
Yeni təyinat münasibətilə Elnur Məmmədovu təbrik edir və fəaliyyətində uğurlar diləyirik!
Bineqedi.info