Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Rayonun 8-ci mikrorayon ərazisində motosikletlə avtomobil toqquşub. Nəticədə motosikletin sürücüsü, 1996-cı il təvəllüdlü Bağırov Ümid Sultanağa oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Əliyev Kamil Elşən oğlu bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ qolun sınığı diaqnozları qoyulub.
Binəqədidə baş verən digər bir hadisədə isə avtomobildən pul və qızıl-zinət oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində K. Nəsrullayevə məxsus avtomobildən 1140 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bineqedi.info