Binəqədidə koronavirus xəstəsinə cinayət işi açılıb

0
31
koronavirus-xestesi-evini-terk

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Bineqedi.info saytı Binəqədi Rayon Prokurorluğuna istinadən xəbər verir ki, rayon sakini 1970-ci il təvəllüdlü Soltanova Zinət Səlimxan qızı COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğunu bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, ötən gün rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bineqedi.info

Əvvəlki məqaləAzərbaycan Vətən müharibəsinin şəhidlərini andı…
Növbəti məqalədə“Xalqımız düşmənə mübarizə aparmaq gücünü nümayiş etdirdi”