Baş Nazir Əli Əsədov 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərarı imzalayıb.
Bineqedi.info xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq.
Novruz bayramı ilə əlaqədar 7 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 mart) iş olmayacaq.
Mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilib.
2021-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri də məlum olub.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar – Yeni il bayramı qeyri-iş günüdür.
2 yanvar şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 4-ü də qeyri-iş günü olacaq.
Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.
Bineqedi.info