Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə onlayn görüş keçirilib

0
67
Binəqədi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pandemiya şəraitində orta məktəblərdə distant təhsilin keyfiyyətinin artırılması” mövzusunda onlayn görüş keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, görüş torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova 28 ildən artıq bir zaman ərzində Doğma Qarabağ həsrətimizə son qoyan, Qələbə sevincini bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli ordumuza təşəkkür edərək, yaralılarımıza şəfa, şəhidlərimizə Allahdan rəhmət, əzizlərinə səbr diləyib.
Daha sonra pandemiya şəraitində məktəblərdə distant təhsilin təşkili və onun keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlərin səmərəliliyini vurğulayaraq, bu sahədə görülən geniş miqyaslı işlərə görə məktəb direktorlarına öz təşəkkürünü bildirib.
bineqedi-onlayn-gorus-tedbir2
Hazırki dövr ərzində ölkəmizin gələcəyi olan şagirdlərimizin sağlamlığını qorumaq və gələcək nəsillərimizin təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilən qaydalara tam riayət olunmasının ən vacib məsələlərdən biri olduğunu vurğulayıb.
Görüşdə iştirak edən Binəqədi rayonunda yerləşən orta ümümtəhsil müəssisələrinin rəhbərləri adından çıxış edən 276 № li tam orta məktəbin direktoru Bəhram Şiriyev, 83 № li məktəb-liseyin direktoru Almaz Bayramova, 284 № li tam orta məktəbin direktoru Nizami Novruzov və 297 № li tam orta məktəbin direktoru Nazir Əliyev də distant təhsildə olan problemlərin həlli yolları və distant təhsilin daha keyfiyyətli tətbiqi imkanları istiqamətində irəliləyişlərin əldə edilməsi üçün belə görüşlərin vacibliyini qeyd ediblər.
Görüş açıq müzakirə şəklində davam edib.
Bineqedi.info
Əvvəlki məqaləSabah bu yollar bağlı olacaq (SİYAHI)
Növbəti məqalədəBinəqədi sakinindən Prezidentə məktub – MƏTN