Bakıda evdə yanğın hadisəsi baş verib.
Bineqedi.info saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 228 m² olan üçmərtəbəli evin birinci mərtəbəsində 3 ədəd məişət avadanlığı və mətbəx mebeli 3 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə qarsalanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Binəqədidə dəm qazından ölüm hadisəsi də baş verib.
Dekabrın 9-u saat 12 radələrində paytaxtın Binəqədi rayon ərazisində 1985-ci il Quluyev Pərviz Müzəffər oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bineqedi.info