Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Reablitasiya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.
Bineqedi.info saytı Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibləri arasında cəmi bir-neçə ay əvvəl qeydiyyatdan keçən şirkətlər yer alıb.
Tibbi Reablitasiya Xəstəxanası yumşaq inventarın alınması və çamaşırların yuyulması üçün 13.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Cheerful” MMC ilə 27400 manatlıq müqavilə bağlayıb.
Bundan başqa Tibbi Reablitasiya Xəstəxanası kommunal və kommunikasiya xidmətləri üçün 06.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Dənizli” MMC ilə 17000 manatlıq müqavilə bağlayıb.
Məlumat üçün bildirək ki, 17 000 manatlıq tender müsabiqəsinin qalibi olan “Dənizli” MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edib.
Hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”-da yerləşir. Qanuni təmsilçisi isə Əbilov Rolan Əhsən oğludur.
Qeyd edək ki, Əbilov Rolan Əhsən oğlu eyni gündə “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında “Yolova” MMC adlı daha bir şirkət qeydiyyatdan keçirib.
Maraqlı məqamlardan biri də odur ki, iyul-avqust aylarında “Dənizli” MMC və “Yolova” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
İyul-avqust aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Adı | Ünvan | Nizamnamə kapitalı | Qanuni təmsilçi |
Qeydiyyat tarixi |
“Lesoto” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Hacızadə Vüsal Xaliq | 04.08.2020 |
“Malavı” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Hacızadə Vüsal Xaliq | 04.08.2020 |
“Samoa-LM” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Quliyev Nicad Vaqif | 28.07.2020 |
“Uqanda” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Quliyev Nicad Vaqif | 29.07.2020 |
“Bolıvıya” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Elməddin Xaləddin | 28.07.2020 |
“6ES04Y4” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Elməddin Xaləddin | 28.07.2020 |
“Kuala-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Səmədov Səməd Salman | 20.07.2020 |
“Petra-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Səmədov Səməd Salman | 20.07.2020 |
“Tonota” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Səmədov Bayram Salman | 17.07.2020 |
“Tamaqa” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Səmədov Bayram Salman | 17.07.2020 |
“Vankuver” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Əli Fizuli | 14.07.2020 |
“Ncamena” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Əli Fizuli | 14.07.2020 |
“Reliance-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Mansurov Rasul Eldəniz | 13.07.2020 |
“Netgear-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Mansurov Rasul Eldəniz | 13.07.2020 |
“Maskat-LM” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əliyev Fərid Muxtarpaşa | 10.07.2020 |
“Yenıera” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əliyev Fərid Muxtarpaşa | 08.07.2020 |
“Dənizli” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əbilov Rolan Əhsən | 06.07.2020 |
“Yolova” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əbilov Rolan Əhsən | 06.07.2020 |
“Oşuma-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26. | 20 manat | Təhməzov Elnur İbrahim | 04.06.2020 |
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 3-4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan şirkətlərdən biri – “Maskat-LM” MMC 3 ay əvvəl yaranmasına baxmayaraq noyabr ayında Diasporla İş Üzrə Dövlət Komitəsinə 0,70×1,05 metr ölçülərində Türkiyə bayrağı satıb. Komitə MMC-dən aldığı bayraqlar üçün ümumilikdə 46 500 manat vəsait ödəyib.
“Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan “6ES04Y4” (Qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin FİN kodu) MMC dekabr ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamenti tərəfindən keçirilən 26 900 manatlıq tender müsabiqəsinin qalibi olub.
“Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan “Reliance-2020” MMC sentyabr ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən 40 800 manatlıq tender müsabiqəsinin qalibi olub.