20 Yanvar faciəsi ilə bağlı Binəqədi rayonunda tədbirlər keçiriləcək

0
32
bineqedi-anim-tedbir
20 Yanvar faciəsinin 31-ci ildönümü münasibəti ilə karantin rejimi qaydalarına uyğun olaraq Binəqədi rayonunda da bir sıra tədbirlər keçiriləcək.
Bineqedi.info saytı xəbər verir ki, bu münasibətlə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbirlər planının icrası ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanovanın, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşlarının, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyevin, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayevin iştirakı ilə görüş keçirilib.
Qeyd edək ki, anım gününün keçirilməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı müvafiq Sərəncam imzalayıb.
Bineqedi.info
bineqedi-anim-tedbir1
Əvvəlki məqaləPrezident İlham Əliyevin səfəri çox nüanslara aydınlıq gətirdi
Növbəti məqalədə“Azərpoçt”un adına saxta saytlar yaradılır – Xəbərdarlıq