Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanda ölkəmizə həmrəylik nümayiş etdirib.
Səfir Zəngilanın Ermənistan tərəfindən dağıdılmış məscidində namaz qılıb.
Liviyalı diplomat Əşrəf Adəm dağıdılmış məsciddə namaz qılıb.
O daha sonra qeyd edib:
“Həmd olsun ki, bu torpaqlar öz sahibinə qayıtdı və biz burada namaz qıla bildik”.
Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş rayonlarda səfərdədirlər.