Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən fevralın 15-dən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Bineqedi.info saytı xəbər verir ki, 15 fevral tarixindən Binəqədi rayonunda da məktəbəqədər təhsil müəssisələrində tədris bərpa olunacaq. Bununla əlaqədar olaraq Binəqədi rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təmizlik, dezinfeksiya işləri aparılıb.
Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin 15.02.2021-ci il tarixdən əyani formada təşkili ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən rayonun inzibati ərazisində yerləşən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçalarında karantin qaydalarının tələblərinə riayət edilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin baş məsləhətçisi İlqar Pənahov tərəfindən gündəlik monitorinqlər keçirilib və işlərin qeyd olunan qaydalara uyğun təşkili üçün zəruri tədbirlərin görülməsi üçün tövsiyələr edilib.
Bineqedi.info