Binəqədi rayonu ərazisində 65-dən yuxarı olan vətəndaşlar arasında peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirmə işləri davam etdirilir.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllü fəalları tərəfindən rayonun müxtəlif ərazilərində yaşı 65-dən yuxarı olan vətəndaşlara peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş məlumat verilib. Həmin şəxslərə vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında tətbiq edildiyi də sakinlərin diqqətinə çatdırılıb.
Bineqedi.info