Binəqədi Rayon İcra Hakimiyyətində YENİ TƏYİNAT

0
50
fuzuli-mehrabzade-bineqedi
”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb. Bineqedi.info saytı xəbər verir ki, yeni yaradılmış şöbənin aparıcı məsləhətçisi vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, şərəfli döyüş yolu keçmiş, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Füzuli Mahir oğlu Mehrabzadə təyin edilib.
Füzuli Mahir oğlu Mehrabzadə 25 sentyabr 1996-cı ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub.
2002-2013- cü illərdə Ağsu rayonu şəhid S.Mütəllimov adına Gəgəli kənd tam orta məktəbində orta təhsil, 2013-2017-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tarix müəllimliyi ixtisasının “SABAH” qruplarında ali təhsil alıb. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunda “Peşəkar ol” təhsil proqramında təhsilini təkmilləşdirib.
2017-2018- ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, 2019-2021-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsində çalışıb.
21 sentyabr 2020-ci il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin çağırışı ilə ordu sıralarına yenidən qatılmış, Talış, Suqovuşon, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Bineqedi.info
Əvvəlki məqaləBinəqədi sakininin evində meyiti tapıldı
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində daha bir şəxsə vəzifə verildi