Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Məmmədova Gülnar Kamran qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və qarın nahiyəsinin küt travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.