Binəqədi rayonunda şəhid ailələrinin ziyarəti davam edir.
Bineqedi.info saytına verilən məlumata görə, növbəti belə ziyarət zamanı Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant Şükürov Anar Mehman oğlu və 3-cü dərəcəli Vətənə xidmətlərə görə ordenli, gizir Səmədov Nicat Şahin oğlunun ailələrinə baş çəkilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi RİH başçısı aparatının və YAP Binəqədi rayon təşkilatı aparatının əməkdaşları, “Bakı Tekstil Fabriki” və “Millennium Dondurma” şirkətlərinin nümayəndələri iştirak ediblər, şəhidlərimizin ailələrinin qayğı və problemləri ilə maraqlanıblar.
Bineqedi.info