Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Binəqədi rayonundakı ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin iştirakı ilə vebinar keçiriləcək.
Bineqedi.info saytı xəbər verir ki, bu barədə Təhsil İdarəsindən məluma verilib.
Bildirilib ki, martın 16-da keçiriləcək vebinar “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindədir” mövzusuna həsr olunub.
Bineqedi.info