Binəqədidə şəhid ailələrinin ziyarəti davam edir – Fotolar

0
55

Binəqədi rayonunda şəhid ailələrinin ziyarəti davam edir.

Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə YAP Binəqədi rayon Təşkilatı, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, rayon ərazisində fəaliyyət göstərən dövlət idarələri, bələdiyyələr və özəl müəssisələr ilə birlikdə yerlərdə mütəmadi olaraq şəhid ailələrinin ziyarəti davam edir, onların qayğıları ilə maraqlanır, maddi və mənəvi dəstək göstərilir.

Ziyarətçilər tərəfindən “Novruz bayramı” ərəfəsində torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinə “Qələbə xonçası” adlı sovqatlar təqdim edilir.

Bineqedi.info




Əvvəlki məqaləPrezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Növbəti məqalədəBinəqədi rayonunda milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda növbəti onlayn tədbir keçirilib – FOTOLAR