Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Hərəkətdə olan “Tofaş” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton dirəyə çatdırılıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər – 1995-ci il təvəllüdlü Bayramlı Ümid Məciəddin oğlu və 1997-ci il təvəllüdlü Abdullazadə Şəhriyar Teyyub oğlu xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı Ü.Bayramlıya qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, Ş.Abdullazadəyə isə sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.