Binəqədi rayonunda 38 yaşlı kişi bıçaqlandı

0
112
bineqedi-tecili-yardim

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bineqedi.info-nun məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Ərzumanov İntizar Qubad oğlu evinin yaxınlığında tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qabırğa nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Əvvəlki məqaləDYP sürücülərə müraciət etdi
Növbəti məqalədəDİN: “Restoranların açılması o demək deyil ki, toy etmək olar” – VİDEO