“Büdcə təşkilatlarının maliyyə əməliyyatları vahid sistemdə işlənsin”

0
35
azay quliyev

Deputat Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında büdcə təşkilatlarının maliyyə əməliyyatlarının vahid sistemdə işlənməsini təklif edib. 

Bineqedi.info-nun məlumatına görə, deputat qeyd edib ki, Hesablama Palatasının da bu sistemə girişi təmin edilməlidir: “Bu sistem təşkil olunarsa, bütün qurumların maliyyə fəaliyyəti Hesablama Palatasının auditinə cəlb olunar və heç bir qurum bu auditlərdən kənarda qala bilməz.

Bütün bunların həyata keçirilməsi üçün Hesablama Palatasının işçilərinin sayı artırılmalı, lazım gələrsə, qanunvericiliyə dəyişiklik edilməlidir. Hesablama Palatasında yoxlama subyekti olan qurumların əməkdaşları üçün təlimlər keçirilməlidir. Həmçinin  Hesablama Palatası tərəfindən bu qurumlar üçün metodik vəsaitlərin hazırlanmasına ehtiyac var”.
Əvvəlki məqalə“Azərbaycan Dəmir Yolları” Binəqədi rayonunda mədəniyyət və incəsənət müəssisəsi tikdirir
Növbəti məqalədə“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”