İnfeksionist: “Yoluxma sayında artım olarsa, Ramazanda qapanma olacaq” – VİDEO

0
55
karantin

“Yoluxma sayı bu tendensiya ilə davam edərsə, Ramazanda müəyyən qapanmaların olması qaçılmazdır”.

Bineqedi.info saytı xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında infeksionist Sadiqə Əliyeva deyib.

O bildirib ki, qapanmalara gedilməməsi üçün vətəndaşlar karantin davranış qaydalarına əməl etməlidir:

“İftar süfrələrində toplaşmaların qarşısı alınmalıdır. Hər kəs müəyyən fədakarlıq edib, qaydalara əməl etsə, yoluxma sayında artım olmaz”.

S.Əliyeva yoluxma hallarının daha çox 30-39 yaşa aralığında qeydə alınması səbəbləri barədə də danışıb:

“İctimai yerlərdə və iaşə obyektlərində gənclərin daha çox olması səbəbindən onlar arasında virusa yoluxma halları üstünlük təşkil edir. Həm yoluxma, həm də ağırlaşma halları isə daha çox qadınlar arasında qeydə alınır. Bunun da səbəbi virusa yoluxan şəxslərin müəyyən qaydalara əməl edərək istirahət etməsi lazım olduğu halda gündəlik həyat tərzi ilə əlaqədar qadınlarda bu məhdudiyyətlərin olmasıdır. Bu səbəbdən onlar arasında ağırlaşmalar ola bilər”.

İnfeksionist son vaxtlar müşahidə edilən yoluxma sayındakı artımın vətəndaşların qaydalara əməl etməməsi ilə bağlı olduğunu bildirib:

“Yoluxma sayındakı artımda Britaniya ştammının və məhdudiyyətlərin ləğv edilməsinin müyyən dərəcədə rolu var. Lakin insanların özlərinin də müəyyən tədbirlərə riayət etməməsi səbəbindən bu artım baş verir”.

Əvvəlki məqaləMüqəddəs Ramazan ayı başladı
Növbəti məqalədəBinəqədidə qaz təchizatında fasilə yarandı – Foto