Binəqədidə şəhidin ailəsi və məzarı ziyarət olundu – FOTOLAR

0
53
bineqedi-sehid-zamin-rehimov1
Zamin Vahid oğlu Rəhimov ailəli idi, bir azyaşlı qız övladı var. Vətən müharibəsi başlayan kimi Zamin döyüşlərə könüllü olaraq qoşulmuşdu. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda bir çox igid oğullarımız kimi Zamin Rəhimov da ön cəbhəyə yollanır. Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. Bu istəklə döyüşlərdə böyük şücaət göstərir, əzmlə vuruşur. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilir. Oktyabrın 8-də Zamin Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə Şəhidlik Zirvəsinə ucalır.
Şəhidimiz 9 oktyabr 2020-ci ildə Binəqədi rayonu Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə böyük xalq izdihamı ilə dəfn edilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Biləcəri Bələdiyyəsinin və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin fəalları Zamin Vahid oğlu Rəhimovun doğum günü münasibətilə məzarını və ailəsini ziyarət ediblər.
Bir 1 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 1 nəfər, oturur, cədvəl və içəridə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və içəridə şəkili ola bilər
Bir 5 nəfər, ayaqüstə duran insanlar, abidə və açıq Havada şəkili ola bilər
Bir 1 nəfər, çiçək və açıq Havada şəkili ola bilər
Bir 1 nəfər, çiçək və açıq Havada şəkili ola bilərBir 1 nəfər, ayakta və açıq Havada şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi sakininin evindən 15 kq narkotik aşkarlandı
Növbəti məqalədəBinəqədi rayonunda 46 yaşlı qadını avtomobil vurdu