Binəqədidə yol qəzasında qadın sürücü xəsarət aldı

0
36
tecili yardim

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info-nun məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobillə “Lexus” markalı avtomobil toqquşub. Hadisə zamanı “Hyundai” markalı avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Babayeva Gülnar Mərdan qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBu gündən “İmmunlaşdırma həftəsi”nə start verildi
Növbəti məqalədəİlham Əliyev BMT-nin sessiyasında videoformatda çıxış edib