Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Novxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sürücülər – 1995-ci il təvəllüdlü Şabanov Çingiz İntizam oğlu və 1982-ci il təvəllüdlü Fərəcov Elmar İmanəddin oğlu müxtəlif xəsarətlər alıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.