Bakıda xəsarətlə nəticələnən növbəti yol nəqliyyat hadisəsi baş verib.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Yaşadığı evin həyətində 2020-ci il təvəllüdlü, Vaskov Artemuy Dmitriviç qəfildən avtomobilin qarşısına qaçıb, bu zaman hərəkətdə olan avtomobil körpənin ayağının üzərindən keçib.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.