Binəqədidə iki avtomobil toqquşdu, xəsarət alan var

0
40
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Mehdiabad qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Rəhmanov Hüseynbala Yəhya oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Əvvəlki məqaləYaxın günlərdə açıq havada maska qadağası ləğv oluna bilər – TƏBİB
Növbəti məqalədə“Bu gün Ermənistanın ordusu belə yoxdur” – Prezident