Məlumat üçün bildiririk ki, Ağsu rayonunun Ərəbsərvan kəndində qeydiyyatda olan vətəndaş Şahlarzadə Şahid Şahzadə oğlu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən bir neçədəfə qəbul edilmiş və dinlənilmişdir.
Bineqedi.info saytına verilən məlumata görə, qəbul zamanı vətəndaş tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı müəyyən edilmişdir ki, Xocəsən Bələdiyyəsinin 07/27 saylı, 11.05.2005-ci il tarixli Qərarına əsasən İsrafilov Halay Adil oğluna ayrılmış 600 kv.m torpaq sahəsi onun adından sənədləşmə işlərinin aparılması məqsədi ilə Qarayeva Gülbari Mirhəsən qızına səlahiyyətlərini etibar etmişdir.
G.Qarayeva isə 12 mart 2021-ci il tarixdə Halay İsrafilovun adından torpaq sahəsinin sənədləşdirilməsi işlərinin aparılması məqsədi ilə səlahiyyətlərini Şahlarzadə Şahid Şahzadə oğluna etibar etmişdir.
Araşdırma nəticəsində məlum olmuşdur ki, Şahlarzadə Şahid Şahzadə oğlunun iddia etdiyi torpaq sahəsi Binəqədi rayonu, Hökməli qəsəbəsinin sakini Həsənağa adlı şəxs tərəfindən qanunsuz zəbt edilməklə tikinti işlərinin aparılmasına cəhd göstərilmiş və yerli səviyyədə nəzarət tədbirləri zamanı qarşısı alınmışdır.
Hal-hazırda, Həsənağa adlı şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi faktı ilə və vətəndaş Ş.Şahlarzadənin müraciəti əsasında Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsində ilkin araşdırma aparılır.