Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 01 iyun-“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim arzuladığım dünya” mövzusunda asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir.
Bineqedi.info-nun məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd istedadlı yeniyetmə və gənclərin rəsm sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması və asudə vaxtın səmərəliliyinin təşkil olunmasıdır. Ümumtəhsil məktəblərinin şagirdləri tabaşirlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini göstərmişlər. Müsabiqəyə baxış zamanı iştirakçılar öz çəkdikləri rəsmlər haqqında ətraflı məlumat vermişlər.
Sonda müsabiqənin bütün iştirakçılarını Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev 01 iyun- “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edərək “Təşəkkürnamə” ilə mükafatlandırmışdır.
Bineqedi.info