Binəqədi rayonunda şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının ziyarəti davam edir.
Bineqedi.info-ya verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov Vətən müharibəsi iştirakçısı Elvin Telman oğlu Cəfərlini ziyarət etdi. Görüş zamanı Səməndər Mənəfov Elvin Cəfərlinin qayğı və problemləri ilə maraqlandı.
Qeyd edək ki, Elvin Cəfərli Fizuli, Cəbrayıl və Hadrut uğrunda gedən döyüşlərdə iştirak etmiş və sağ ayağından ağır yaralanmışdır.
Bineqedi.info