Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, şəhid jurnalistlə vida mərasimi yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəbəbəsi, Cəfər Cabbarlı küçəsi 10 ünvanındakı evində keçirilib.
Mərasimdən sonra onun cənazəsi Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunub.
Vida mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, deputatlar – Kəmaləddin Qafarov, Qənirə Paşayeva, rayonun digər dövlət qurumlarının rəhbər şəxsləri, jurnalistlər və ictimai şəxslər iştirak ediblər
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəhid jurnalist Məhərrəm İbrahimovun vida mərasiminə qatılıb. Hikmət Hacıyev Prezidentin tapşırığı ilə vida mərasimində iştirak edib və Prezidentlə Birinci Xanımın başsağlığını çatdırıb.








