Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 11 iyun 2021-ci il tarixində Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində “15 İyun – Milli Qurtuluş günü” münasibəti ilə “Qurtuluşumuzun banisi” mövzusunda keçirilən şeir müsabiqəsi keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclər arasında geniş təbliğ edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, yaradıcı yeniyetmə və gənclərə dövlət qayğısının artırılması, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
Müsabiqədə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva, 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev, Metodiki şöbəsinin müdiri Mahirə Əliyeva, Mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Nuranə Novruzova və mərkəzin“Bədii qiraət”, “Ədəbi diyarşünaslıq” və “Məktəb teatrı” dərnəklərinin qızlardan ibarət üzvləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev açaraq tədbirin mahiyyəti haqqında geniş məlumat verdi. Sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva çıxış edərək “15 İyun – Milli Qurtuluş günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və müsabiqənin iştirakçılarına uğurlar arzuladı.
Müsabiqənin nəticəsinə əsasən;
1.Novruzova Aydan – 1-ci yer;
2.Müslümzadə Sevgi – 2-ci yer;
3.Baxışzadə Yusif – 3-cü yerə layiq görülmüşlər.
Müsabiqədə fərqlənən iştirakçılar:
1. Paşayeva Mədinə
2. Əhmədov Şahin
3. Quliyeva Nuray
4. Hümbətova Aylin
5. Mirzəyeva Zəhra
6. Allahyarova Gülü
7. Mirzəliyeva Zəhra
8. Şəkəralıyev Kənan
9. Yəhyazadə Şəms
10. Kərimzadə Hökümə
Müsabiqədə qalib gələn və fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli “Diplom” və “Təşəkkürnamə” ilə mükafatlandırılmışlar.
Bineqedi.info