Binəqədi rayon komandası I yerin qalibi olub – Fotolar

0
122

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Könüllülər kuboku” üzrə respublika yarışının I zona mərhələsi keçirilmişdir. Bineqedi.info-ya verilən məlumata görə, “Şahmat” (qızlar) idman növündə I zona mərhələsində Binəqədi rayon komandası I yer tutmuşdur və final mərhələsində iştirak etmək üçün şans qazanmışdır. “Şahmat” (oğlanlar), “Basketbol” (oğlanlar), “Basketbol” (qızlar) idman növlərində isə Binəqədi rayon komandası II yer tutaraq final mərhələsində iştirak etmək üçün şans qazanmışdır. Komandalarımıza final mərhələsində uğurlar arzulayırıq.

Bineqedi shaxmat qalibi

Bineqedi shaxmat qalibi

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı bu şəxsləri təltif etdi – Fotolar
Növbəti məqalədəPeyvəndlənmə fərdin sosial məsuliyyətidir