Binəqədidə yanğın baş verib

0
18
yangin

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olub.

Bineqedi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, açıq ərazidə təqribən 500 kvadrat metr sahədə quru ot və rezin tullantıları yanıb.

Əvvəlki məqaləAzərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı – RƏSMİ
Növbəti məqalədə“Ruhi xəstədən inciməzlər!” – Kamaləddin Qafarov