Torpaqlarımızı qoruyarkən şəhid olan gənclərimiz…

0
30

Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan gənclərimiz…
Vətənimizin müstəqilliyi, torpaqların azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda Şəhidlik zirvəsinə ucaldılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak edən gənclərimiz Vətən uğrunda canlarını belə qurban verməkdən çəkinmədilər.
Bineqedi.info-ya verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və idarənin məsul əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev və fəal gənclər
12 avqust- “Beynəlxalq Gənclər Günü” münasibətilə Binəqədi rayonu ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban komplekslərində şəhidlərin məzarlarını ziyarət etdilər.
Ömrünün ən gözəl çağında şəhid olan gənclərimizə Allah rəhmət eləsin!
Bineqedi.info

Əvvəlki məqaləFor what reason Online Time?
Növbəti məqalədəBinəqədidə iki nəfər boğazından bıçaqlandı