Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ümumrayon dezinfeksiya həftəsi elan edilib.
Son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq rayon ərazisində yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Bineqedi.info-ya verilən məlumata görə, dezinfeksiya tədbirləri müvafiq qrafikə uyğun olaraq həyata keçirilir.
Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.
Bineqedi.info
Ev Manşet