COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyətlər olacaq – RƏSMİ

0
52

“COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı müəyyən məhdudiyyətlər olacaq”.

Bineqedi.info xəbər verir ki, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur:

“COVID-19 pasportu olan şəxslər tədrisə rahat cəlb olunacaq. Çünki onlar digər şəxslər üçün risk yaratmayacaqlar.

Təhsil kütləvi sahədir. Burada şagirdlər, aşağı yaş qruplarından olan şəxslər təhsil alır. Həmin şəxsləri riskə ata bilmərik”.

Əvvəlki məqaləBinəqədidə əhaliyə tibbi maskalar paylanılır – FOTO
Növbəti məqalədəBinəqədi rayonunda üç evdən oğurluq edən şəxs məsuliyyətə cəlb olunub