Azərbaycanda 3-cü doza peyvəndləmə üçün onlayn növbə xidməti istifadəyə verildi – RƏSMİ

0
49

Son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər iki doza vaksin alan bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin üçüncü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, bunun üçün vətəndaşlar sayta daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Qeyd edək ki, peyvənd sertifikatı müddətsizdir və üçüncü dozanın (“buster” doza) vurulması onun müddətinə təsir etmir.

Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunan nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.

Əvvəlki məqaləBinəqədi rayonunda üç evdən oğurluq edən şəxs məsuliyyətə cəlb olunub
Növbəti məqalədəVətən Müharibəsi Qəhrəmanları mənzillə təmin olunacaq – SƏRƏNCAM