Binəqədidə kran aşıb, sürücü ölüb

0
81

Avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bineqedi.info saytı xəbər verir ki, Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Ülfət Şəmiyev Binəqədi şossesində yerləşən “VS Enerji Servis” MMC-nin sifarişi əsasında idarə etdiyi 99-MU-989 dövlət qeydiyyat nişanlı avtokranı və 99-ZB-989 dövlət qeydiyyat nişanlı qoşqunu idarə etdiyi zaman avtomaşın ətalətini itirməklə qoşqunun üzərinə aşıb və avtomaşınla qoşqunun arasında qalıb sıxılmaqla ölüb.

Hazırda fakt üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Bineqedi.info
Əvvəlki məqaləİlham Əliyev və Mehriban Əliyeva şəhid ailələrinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillər təqdim ediblər
Növbəti məqalədəBinəqədidə səyyar avtobusda vaksinasiya davam edir