Binəqədi rayonunda avtomobili qaçıran keçmiş məhkum tutulub.
Bineqedi.info saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avqustun 22-də Bakı şəhər sakini R.Kərimova məxsus “Azsamand” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş R.Qurbanov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bineqedi.info