Binəqədi sakini Paralimpiya çempionu oldu – Təbrik edirik

0
75

Binəqədi rayonunun sakini, Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-cüdoçusu Dürsədəf Kərimova(70kg) yuxarı çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Paralimpiya çempionu tituluna yiyələnmişdir.
Paracüdoçumuzu təbrik və ona gələcək fəaliyyətində də yüksək nəaliyyətlər arzulayırıq!

Bineqedi.info-ya verilən məlumata görə, Dürsədəf Kərimova, 1985-ci il avqustun 22-də Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərində yerləşən 115 nömrəli tam orta məktəbi 2000-ci ildə başa vurmuş və 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.

İdmanın paracüdo növü ilə məşğul olur. Bu növ üzrə keçirilən müxtəlif beynəlxalq yarışların qalibidir. Belə ki, 2008-ci ildə İtaliyada təşkil olunmuş “Super A” beynəlxalq turnirində I yeri tutub. 2012-ci ildə Bakı şəhərində keçirilən ulu öndər Heydər Əliyev adına “Qran Pri” beynəlxalq turnirində I yerə layiq görülmüşdür.

Bineqedi.info

Əvvəlki məqalə“Qarabağ kimi, Şərqi Zəngəzur da bizləri gözləyir!”
Növbəti məqalədəƏməllərlə təsdiq olunan vədlər