Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə sentyabrın 12-dən 15-dək olan müddətdə Biləcəri qəsəbəsi ərazisindən “Volkswagen” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Bineqedi.info saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Quba yolunda avtomobillə birgə saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Bineqedi.info