Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarışı İdarəsinin, Binəqədi Rayon Polis İdarəsinin 5-ci və 7-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il iyulun 29-da Mircəlal küçəsi 105 nömrəli yaşayış binasının girişindəki liftin 1200 manat dəyərində olan naqillərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Rəşidov və T.Rəşidov müəyyən olunaraq saxlanılıblar.
Bineqedi.info saytı xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onların barələrində aparılmış tədbirlər nəticəsində həmin şəxslərin müxtəlif vaxtlarda daha üç binanın liftlərinin əyləc dolaqlarını və qapıları açıb-bağlayan mexanizmlərini oğurlamaları da müəyyənləşdirilib.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Ev Manşet