Binəqədidə iki avtobus toqquşub, xəsarət alanlar var

0
59
Bineqedi - qeza

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtobusun toqquşması nəticəsində1985-ci il təvəllüdlü Yolçuyeva Rəqimə Sahib qızı və 1993-cü il təvəllüdlü Şirinova Səriyyə Qulam qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı R.Yolçuyevaya qarının küt travması və qapalı kəllə-beyin travması, S.Şirinova isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Qeyd olunub ki, R. Yolçuyevanın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

 

Əvvəlki məqaləNazirlər Kabinetindən karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR
Növbəti məqalədəBinəqədi rayonunda Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib – Fotolar