Binəqədidə evdən 6 800 manatlıq oğurluq edən şəxs ələ keçdi

0
97
polis-bolmesi-dordundu-polis-bineqedi

Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulan N.Süleymanovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Biləcəri qəsəbəsi ərazisində yerləşən telekommunikasiya qovşağına məxsus 110 metr naqili, qapı-pəncərə sexlərinin birindən və bir evdən 6 800 manat dəyərində mobil telefon, təmir-tikinti alətləri və inşaat materialları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə kütləvi dava: Xəsarət alan var
Növbəti məqalədəMilli birlik və ümumxalq ehtiramın təcəssümü