Bakınnın Binəqədi rayon sakini motosikletlə vurulub. Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.
Belə ki, noyabrın 11-də saat 22 radələrində Binəqədi rayonunun S. S. Axundov küçəsində müəyyən edilməmiş motosikletlə Bakı şəhər sakini Əjdər Rəhimov vurulub.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bineqedi.info