Binəqədidə Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib – FOTO

0
10989
Binəqədi rayonunda “Memarlıq və Şəhərsalma ili” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Biləcəri bələdiyyəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
Bineqedi.com xəbər verir ki, ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyələrin, rayonun idarə, müəssisə, təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri və ASAN Könüllüləri iştirak etdilər.
Aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq 250-dən çox həmişəyaşıl ağac əkildi. Əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qulluq göstərildi.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə töhfə verməkdir.
Binəqədi rayon ərazisində davamlı olaraq yaşıllıqların artırılması, onlara qulluq və abadlıq məqsədilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Bir mətn şəkili ola bilər
Bir ağac şəkili ola bilər
Bir ağac şəkili ola bilər
Bir ağac şəkili ola bilər
Əvvəlki məqaləPrezident onlara ali hərbi rütbələr verdi – Adlar