Bu şəxslərə “Əks-göstəriş sertifikatı” elektron qaydada veriləcək

0
37
yoluxma-koronavirus

COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aşağıda qeyd olunmuş vətəndaşlar bu tətbiq vasitəsilə “Əks-göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.

– Hamilə qadınlar

– Dağınıq skleroz

– Süd verən analar

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq “Əks-göstəriş sertifikatı” mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş “Əks-göstəriş sertifikatı” almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.

“Elektron səhiyyə” mobil tətbiqini “Android” əməliyyat sistemli cihazlarda “Google Play”dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə “APP Store”dan asanlıqda yükləyə bilərsiniz.

Qeyd edək ki, “Elektron səhiyyə” mobil tətbiqindən qeydiyyat “Asan login”ə inteqrasiya olunub.

Əvvəlki məqaləPrezident İlham Əliyev və ailə üzvləri ümummilli liderin məzarını ziyarət ediblər – FOTOLAR
Növbəti məqalədəPrezident “Qarabağ” futbol klubunun üzvlərini qəbul etdi – FOTOLAR -VİDEO