7-ci mikrorayon Abay Kunanbayev küçəsi 18 ünvanındakı məhəllə parkında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən Bineqedi.com saytına verilən məlumata görə, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması məqsədilə təşkil olunan aksiya çərçivəsində əraziyə 90 ədəd Eldar şamı ağacı əkilib.
Qeyd olunub ki, ağacəkmə aksiyası ölkəmizdə həyata keçirilən ekoloji təşəbbüslərə töhfə verməklə yanaşı, daha sağlam, təmiz və yaşıl şəhər mühitinin formalaşdırılmasına xidmət edir. Əkilən hər bir ağac gələcək nəsillərə bəxş etdiyimiz sağlam həyat və təmiz gələcəkdir!
Bineqedi.com













